İsrailin Müdafiə Nazirliyinin binası vuruldu Dünya

İsrailin Müdafiə Nazirliyinin binası vuruldu

Yəmən husiləri raketlə İsrailin Müdafiə Nazirliyinin binasına hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya deyib.

"Artilleriya qüvvələri Yaffa bölgəsində (Təl-Əviv) İsrailin Müdafiə Nazirliyinə “Zülfiqar” ballistik raketi ilə zərbələr endirib", - Səriya qeyd edib.

Qeyd edək ki, İsrail ordusu isə bu gün Yəməndən atılan iki raketi zərərsizləşdirdiklərini bəyan edib.