Pezeşkianın Kremldə bir saat gözləməsi… - Tehran təkzib etdi Dünya

Pezeşkianın Kremldə bir saat gözləməsi… - Tehran təkzib etdi

Kremldə Məsud Pezeşkian və onu müşayiət edən heyətin bir saat Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün gözləməsi xəbəri yalandır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran hökumətinin informasiya məsələləri şöbəsinin müdiri Əli Əhmədiniya öz X hesabında məlumat yayıb.

“Müxalif medianın İran nümayəndə heyətinin Rusiyada Putin tərəfindən gözlədilməsi ilə bağlı yayılan iddialar sadəcə olaraq, Pezeşkianın səfərinin mühüm nailiyyətlərinə kölgə salmaq məqsədi daşıyır və düşmənin psixoloji müharibəsidir. İran və Rusiya arasında strateji münasibətlər qarşılıqlı hörmətə əsaslanır və bu iddia əsassızdır, həqiqətə uyğun deyil. Diplomatiyamızın şərəfli yolu davam edir”, - o bildirib.

Qeyd edək ki, bundan öncə “İran İnternasional” Putinin Pezeşkianla görüşə bir saat gecikdiyi barədə məlumat yaymışdı.

Putinin liderlərlə görüşlərə gecikmə “ənənəsi” isə artıq mübahisə predmeti deyil.