İsrail ordusunu çıxarmaq üçün hər şey edəcəyik - Quterreş Dünya

İsrail ordusunu çıxarmaq üçün hər şey edəcəyik - Quterreş

İsrail qoşunlarının çıxarılması və Livan ordusunun sərhəddə yerləşdirilməsi sülhdə yeni səhifə açacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş Beyrutda Prezident Cozef Aunla görüşdə deyib.

“Biz atəşkəs razılaşması ilə müəyyən edilmiş son tarixə, yanvarın 27-nə qədər İsrail qoşunlarının Cənubi Livandan təhlükəsiz şəkildə çıxarılmasını təmin etmək üçün mümkün olan hər şeyi edəcəyik”, - o bildirib.