Türkiyə Ermənistana təşəkkür etdi - Foto Dünya

Türkiyə Ermənistana təşəkkür etdi - Foto

Ermənistanla əməkdaşlıq nəticəsində axtarışda olan İbrahim Kaymak və Ərcan Yılmaz Ermənistanda həbs olunaraq, ekstradisiya edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə DİN-in X sosial şəbəkəsində bəyanat yayılıb.

Bəyanatda Ermənistanın ədliyyə nazirinin müavini Tiqran Daduntsa Ordu Polis İdarəsi ilə əməkdaşlığa görə təşəkkür edilib.

Qeyd edək ki, bundan öncə Ermənistan XİN beynəlxalq axtarışda olan iki nəfərin həbs edilərək, Türkiyəyə təhvil verildiyini bildirmişdi.