XİN 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb
19 Yanvar 21:42
19 Yanvar 21:42
18 Yanvar 22:06
18 Yanvar 21:25
18 Yanvar 18:17
İran ordusu bazar günü axşam saatlarından hərbi təlimlərə başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi İran ordusunun bəyanatına istinadən məlumat yayıb.
Bəyanata görə, təlimlər qarşıdakı iki gün ərzində davam edəcək:
"Ordunun quru qüvvələrinin hücum və təhlükəsizlik təlimləri döyüş qabiliyyətini artırmaq, yeni silah və texnikanın gücünü nümayiş etdirmək üçün keçiriləcək".
Təlimdə artilleriya, zirehli qüvvələr, hava-desant qoşunları, pilotsuz uçuş aparatları, elektron döyüş vasitələri, ordunun quru qüvvələrinin 840-cı Raket qrupunun bölmələri və Rəzəvi Xorasan əyalətinin Törbat-e-Cam bölgəsində digər logistika bölmələri iştirak edəcək.