Sabah Türkiyə ilə İsveç arasında Təhlükəsizlik Mexanizminin ilk iclası olacaq Dünya

Sabah Türkiyə ilə İsveç arasında Təhlükəsizlik Mexanizminin ilk iclası olacaq

Yanvarın 21-də Ankarada Türkiyə ilə İsveç arasında Təhlükəsizlik Mexanizminin ilk iclası keçiriləcək.

Xalqcebhesi.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, Təhlükəsizlik Mexanizmi toplantısı Türkiyə xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, İsveçin xarici işlər naziri Maria Malmer Stenergard və ədliyyə naziri Qunnar Strömmerin iştirakı ilə keçiriləcək.