ABŞ Prezidenti bu il Çinə səfər edə bilər Dünya

ABŞ Prezidenti bu il Çinə səfər edə bilər

ABŞ Prezidenti Donald Tramp bu il Çinə səfər edəcəyini istisna etmir.

APA xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı bunu Ağ Evin Oval kabinetində jurnalistlərlə söhbətində bildirib.

Eyni zamanda, Amerika lideri əslində məsələnin Pekinin Vaşinqtona dəvət göndərməsindən çox asılı olduğunu açıq şəkildə ifadə edib.

Onun açıqlamalarından belə nəticə çıxır ki, belə bir dəvət hələlik mövcud deyil.

“Dəvətim olsa, bu baş verə bilər”, - Amerika lideri bu il Çinə səfər edib-etməyəcəyinə dair suala cavab verərkən deyib.