Taliban ABŞ silahlarını qaytarmaqdan imtina etdi Dünya

Taliban ABŞ silahlarını qaytarmaqdan imtina etdi

Taliban 7 milyard dollar dəyərində silahı ABŞ-a qaytarmaqdan imtina edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, Taliban ABŞ-dan Əfqanıstandan tələsik geri çəkilərkən Amerika hərbçilərinin geridə qoyduğu silahların qaytarılmasının müqabilində İŞİD-lə mübarizə üçün onlara daha müasir silahlar verməsini tələb edib.

Qeyd edək ki, Prezident Donald Tramp Talibana ABŞ silahlarını geri qaytarması üçün çağırış etmişdi.