İsrail-HAMAS razılaşmasının 2-ci mərhələsi Qəzzanın yenidən qurulmasını əhatə edəcək Dünya

İsrail-HAMAS razılaşmasının 2-ci mərhələsi Qəzzanın yenidən qurulmasını əhatə edəcək

İsrail və HƏMAS hərəkatı arasında razılaşmanın ikinci mərhələsi Qəzzanın bərpasını əhatə edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani məlumat yayıb.

“İlkin mərhələdə yalnız insanların təcili ehtiyaclarını ödəmək üçün xəstəxanaların, çörək zavodlarının və əsas ehtiyac xidmətlərin bərpası nəzərdə tutulur”, - nazir qeyd edib.