Rubio: ABŞ Hindistanla iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir Dünya

Rubio: ABŞ Hindistanla iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir

Donald Trampın administrasiyası Hindistanla iqtisadi əlaqələri inkişaf etdirəcək.

Dövlət Departamentinin mətbuat xidməti xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə görüşündə deyib.

Təmaslar zamanı tərəflər ABŞ-Hindistan tərəfdaşlığını daha da gücləndirmək üçün ortaq öhdəliklərini təsdiqləyiblər.

“Onlar regional problemlər və ABŞ-Hindistan əlaqələrinin daha da dərinləşdirilməsi imkanları da daxil olmaqla geniş mövzuları müzakirə ediblər, xüsusən də inkişaf etməkdə olan texnologiyalar, müdafiə sahəsində əməkdaşlıq, enerji və azad və açıq Hind-Sakit Okeanın inkişafı sahələrində”, - məlumatda deyilir.