Tramp miqrantların ABŞ-nin cənub sərhədindən keçməsini qadağan edən fərman imzalayıb Dünya

Tramp miqrantların ABŞ-nin cənub sərhədindən keçməsini qadağan edən fərman imzalayıb

ABŞ prezidenti Donald Tramp qeyri-qanuni miqrantların ABŞ-nin cənub sərhədinə daxil olmasını qadağan edən fərman imzalayıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Sənəd Daxili Təhlükəsizlik Nazirliyinə, Ədliyyə Nazirliyinə və Dövlət Departamentinə qeyri-qanuni mühacirlərin cənub sərhədindən keçməsinə icazə verməməyi, onları ölkədən qovaraq öz ölkələrinə qaytarmağı əmr edir.

Bundan əlavə, sənəd bu cür şəxslərin sığınacaq istəmək bəhanəsi ilə ABŞ-də qalmaq hüququnu məhdudlaşdırır.