"ABŞ-ın xarici siyasətinin məzmun və mahiyyətində dəyişiklikləri olmayacaq" Dünya

"ABŞ-ın xarici siyasətinin məzmun və mahiyyətində dəyişiklikləri olmayacaq"

Trampın iqtidarı dövründə ABŞ-ın Amerika qitəsindəki geosiyasi və geoiqtisadi maraqlarının təmin edilməsi, onun buradakı nüfuz dairəsinin qorunması ABŞ-ın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edəcək. Bu mənada Tramp zamanında ABŞ prezidenti olmuş Monronun doktrinasının ardıcıl şəkildə tətbiqinin tərəfdarı olaraq çıxış edəcək.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Manafov deyib.

O, vurğulayıb ki, bəllidir ki, hələ 1823-cu ildə bəyan edilmiş bu doktrina dünyanın qalan hissəsinə "Amerika amerikalılar üçündür" ismarıcını verməklə qitədə nüfuz dairəsi uğrunda mübarizədə ABŞ-ın heç bir tərəfə güzəştə getməyəcəyini, regionu özünün təsir dairəsində saxlayacağını elan etmişdi. Trampın Meksikadan olan qeyri-qanuni miqrant axınının qarşısının alınmazlığının zərururiliyi ilə bağlı səsləndirdiyi fikirlər və hələ 1-ci prezidentliyi dövründə qəbul etdiyi qərarlar bunu təsdiq edir:

"Digər tərəfdən Tramp ABŞ-ın Panama kanalı üzərində nəzarət hüququnu özünə qaytaracağıq, habelə Kanada və Qrelandiyanın ABŞ idarəediciliyi altına keçə biləcəyi ilə bağlı mövqeyini ortalığa qoyub və heç nəyə baxmayaraq bu istiqamətdə ardıcıl siyasət yeridəcəyini bəyan edib, bu isə perspektivdə qitənin digər bölgələri uğrunda ABŞ-ın həlledici qarşıdurmaya hazır olması ampluasında da, qəbul oluna bilər. Kanada iqtisadiyyatına Çindən olan invenstisiyaların artması, Çının isə ABŞ-ın iqtisadi ticari əsas rəqibi olması anlamında Trampın burada qabaqlayıcı addımlar atmaq məcburiyyətində qalması şübhə doğurmur.

Tramp beynəlxalq
arenada antiqlobalistlərin nümayəndəsidir, bu kontekadə onun hakimiyyəti dövrundə transmilli korporasiyaların dünya iqtisadi proseslərinə təsir imkanlarının artacağı birmənalıdır".

E.Manafov deyib ki, Tramp prezidentliyi dövrundə ABŞ-ın nəhəng enerji resurslarından istifadə edəcəyi ilə bağlı mövqeyinı ortalığa qoymaqla dünya enerji tariflərinə ciddi təsir imkanlarına malik olacağına eyham edib və hətta dünya neft bazarında neftin 1 barreli üçün qiymətlərin 40 dolları ötməyəcəyi ilə bağlı proqnozlarını verib. Bu isə Azərbaycan kimi dünya enerji bazarlna xam neft çıxaran dövlətlərin xeyrinə deyil, təbii ki, bu sıraya Rusiya, Venesuela, İran, bəlli ərəb dövlətlərini də, aid etmək olar:

"Ümumilikdə götürüldükdə Trampın hakimiyyəti dövründə ABŞ-ın xarici siyasətinin məzmun və mahiyyətində dəyişikliklərin olacağı inandırıcı deyil, bu dəyişiklikliklər olacaq, amma onlar daha çox forma dəyişiklikləri təsiri bağışlayacaq. Tramp Amerika dərin dövlətçiliyinin çızdığı dairədən kənara çıxmaq üçün onunla razılaşdırılmadan addımlar atmaq istəsə, sui qəsd nəticəsində öldurulmuş Amerika prezidentlərinin aqibətini yaşamalı olacaq. Ancaq onun ilk gündən ABŞ burokratik idarəetmə aparatını hədəfə götürməsi, gözlənilən kütləvi işdən kənarlaşdırmalar göstərir ki, o ənənəvi idarəetmə axıxınına qarşı getmək fikrindədir. Trampın inaqurasiya zamanı əlini İncilə basmaması onun məsuliyyətdən yayınma mövqeyi kimi anlaşılsa da bu oturuşmuş ənənələrdən kənar hərəkət təsiri bağışlayıb.

Onun Putinlə təhdid dilində danışmaq olmaz, bu onun mövqeyini daha da gucləndirə bilər kimi açıqlaması göstərir ki, Tramp Rusiyanın səyləri ilə dünya nizamının idarəedilməsində baş verən dəyişikliklərin mahiyyətinə varır və siyasətini istək və ya arzular üzərində deyil, reallıqları nəzərə alaraq quracaq".

Cavid