Rusiya ukraynalı jurnalisti qiyabi olaraq 7,5 il müddətinə azadlıqdan məhrum edib Dünya

Rusiya ukraynalı jurnalisti qiyabi olaraq 7,5 il müddətinə azadlıqdan məhrum edib

Moskva məhkəməsi ukraynalı jurnalist Yanina Sokolovskayanı Rusiya ordusu haqqında yalan xəbərlər yaydığına görə qiyabi olaraq 7,5 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə TASS-a paytaxt prokurorluğunun mətbuat xidməti məlumat verib.

Məhkəmənin hökmü ilə o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin ikinci bəndinə (Siyasi nifrət zəminində Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadəsi barədə bilə-bilə yalan məlumatların etibarlı mesajlar adı altında ictimaiyyətə yayılması)" ilə təqsirli bilinib. Məhkəmə prokurorluğun mövqeyini nəzərə alaraq onu qiyabi olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Cavid