Qəzzaya yardım maşınlarının gəlişi artır Dünya

Qəzzaya yardım maşınlarının gəlişi artır

Rəfah Sərhəd keçid məntəqəsinin bazar günü yenidən açılmasından indiyədək humanitar yardımla dolu 1114 yük maşını Qəzza zolağına daxil olub.

Xalqcəbhəsi.az Türkiyənin “sondakika.com” saytına istinadla bildirir ki, İsrail və HƏMAS arasında atəşkəsin dördüncü günündə 14-ü yanacaq daşıyan yük maşını olmaqla, 174 yük maşınından ibarət humanitar yardım karvanı Rəfah sərhəd keçid məntəqəsi vasitəsilə Qəzza zolağına göndərilib.

Rəfah sərhəd keçid məntəqəsi Qəzzaya göndərilən beynəlxalq yardım üçün həyati əhəmiyyət kəsb edir. 2024-cü ilin may ayından etibarən keçidin Fələstin tərəfinə nəzarət edən İsrail, atəşkəs razılaşmasının şərtlərinə əsasən keçidi yenidən açıb.

Bildirilib ki, Misir yardım maşınlarının keçidini və Qəzzadan yaralı fələstinlilərin qəbulunu asanlaşdırmaq səbəbilə qapının ətrafında və yaxınlardakı Fələstin şəhərlərinə gedən yolları təmir etmək üçün onlarla inşaat maşını göndərib.