Nazir: Macarıstan Slovakiyaya qaz tədarük etməyə hazırdır Dünya

Nazir: Macarıstan Slovakiyaya qaz tədarük etməyə hazırdır

Macarıstan Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması fonunda Slovakiyaya “mavi yanacaq” tədarük etməyə hazırdır.

“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Onun sözlərinə görə, “Türk axını” boru kəməri və onun Bolqarıstan və Serbiyadakı qolları vasitəsilə Rusiyadan Macarıstana gələn müəyyən həcmdə qazın Slovakiyaya çatdırılması mümkün olacaq.

“Biz hələ də Slovakiyanın enerji təchizatını təmin etmək üçün tranzit imkanlarımızdan tam istifadə etməyə hazırıq”, - nazir qeyd edib.

Peter Siyarto xatırladıb ki, ötən il Macarıstan “Türk axını” ilə 7,6 mlrd. kubmetr qaz alıb, lakin kəmərin və onun simal istiqamətdə davam edən hissəsinin illik buraxılış gücü 8,5 mlrd. kubmetr təşkil edir. Bu da o deməkdir ki, burada 900 mln. kubmetr ehtiyat həcmləri qalır. Bununla yanaşı, Macarıstan və Slovakiya iki ölkə arasında boru kəmərinin ötürmə qabiliyyətini tam olaraq eyni həcmdə artıracaq., bu da Slovakiyanın enerji təhlükəsizliyi təmin etməyə imkan verəcək.