ABŞ-də işsizlik müavinəti üçün müraciətlər artıb Dünya

ABŞ-də işsizlik müavinəti üçün müraciətlər artıb

ABŞ Əmək Departamenti işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumat yayıb. Açıqlanan məlumatlara görə, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 18 yanvar ilə bitən həftədə əvvəlki həftəyə görə 6 min nəfər artaraq 223 minə çatıb.

Xalqcebhesi.az Türkiyənin “sabah.com.tr” saytına istinadən bildirir ki, bazar gözləntiləri bu dövrdə işsizlik müavinəti üçün müraciətlərin sayının 221 min olması yönündə idi. Əvvəlki həftəyə aid işsizlik müavinəti müraciəti məlumatları 217 min olaraq qalıb.

Keçən həftədən etibarən işsizlik müavinəti üçün dörd həftəlik ortalama müraciət sayı 750 artaraq 213 min 500-ə çatıb.

Davam edən işsizlik müavinəti üçün müraciətlərin sayı yanvarın 11-də bitən həftədə 46 min artaraq 1 milyon 899 minə çatıb və 2021-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə çatıb.