Zaxarova Mirzoyan-Lavrov görüşündən danışdı Dünya

Zaxarova Mirzoyan-Lavrov görüşündən danışdı

Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan yanvarın 21-də Moskvada aparılan danışıqlar zamanı məsələlərin geniş spektrini müzakirə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə “Nyus.ru”nun sualını cavablandırarkən bildirib.

"Səmimi söhbət aparılıb, lakin hər şey kamera qarşısında olmayıb. Bir çox məsələlər qapalı qapılar arxasında müzakirə edilib. Təxminən üç saat qapalı qapılar arxasında keçib, ona görə də deyə bilərəm ki, həqiqətən də tərəflər üçün xüsusi aktuallıq kəsb edən bir çox məsələlər üzrə səmimi söhbət olub", - Zaxarova qeyd edib.