Paşinyan Rutte ilə sülh gündəmini müzakirə etdi Dünya

Paşinyan Rutte ilə sülh gündəmini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan və NATO Baş katibi Mark Rutte Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində İrəvan və Bakı arasında danışıqlar prosesini müzakirə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Baş nazir Paşinyan Ermənistan hökumətinin sülh gündəminə sadiqliyini vurğulayıb və sülh prosesinin gedişatını təqdim edib.

Öz növbəsində NATO baş katibi də regionda sülh və sabitliyin təmin edilməsinin vacibliyini qeyd edib.