İlham Əliyev 3 fərman və 1 sərəncam imzaladı
23 Yanvar 19:31
23 Yanvar 19:31
23 Yanvar 17:29
23 Yanvar 11:57
23 Yanvar 09:43
NATO müvafiq təhlükəsizlik zəmanəti verməsə, münaqişə bitdikdən sonra Latviya öz qoşunlarını Ukraynaya göndərməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bunu Latviya Baş naziri Evika Silina “Der Şpigel”ə müsahibəsində deyib.
"Bu, hərbçilərə təhlükəsizlik zəmanətini kimin verəcəyindən asılıdır. Məsələn, NATO-dan zəmanət olmadan bu, işləməyəcək", - o bildirib.
Eyni zamanda, Latviyanın baş naziri Avropa qoşunlarının Ukraynada atəşkəsin təmin edilməsində iştirak edə biləcəyini nəzəri cəhətdən mümkün adlandırıb.
"Bu, tamamilə mümkündür. Ancaq sual odur ki, ukraynalılar bunu həqiqətən də istəyirmi?" - Silina vurğulayıb.