"ABŞ Ukrayna münaqişəsi ətrafında təxribatlardan qaçacaq" Dünya

"ABŞ Ukrayna münaqişəsi ətrafında təxribatlardan qaçacaq"

Prezident Donald Trampın rəhbərlik etdiyi yeni ABŞ administrasiyası Ukrayna münaqişəsi ilə bağlı təxribat xarakterli addımlardan qaçmağa çalışacaq.

Bu fikri TASS-a beynəlxalq münasibətlər sahəsində hindistanlı ekspert Subhaşiş Banerji deyib.

"Birləşmiş Ştatlar bütövlükdə başa düşməlidir ki, münaqişəyə lazımsız müdaxilə ən müdrik strategiya deyil”, - deyə o bildirib.

Ekspertin fikrincə, “münaqişə ilə bağlı biznes ABŞ üçün çox sərfəli görünə bilər, amma əslində onun diplomatik imicinə xələl gətirə bilər və buna görə də hər hansı təxribatdan çəkinməyə çalışacaqlar”.

Onların edə biləcəyi yeganə şey dialoq üçün ümumi platforma yaratmaq, digər məsul gücləri cəlb etmək və qlobal sülhə nail olmaq üçün müzakirələr aparmaqdır. “İnanıram ki, əgər Tramp həqiqətən də Ukrayna münaqişəsini həll etmək niyyətindədirsə, o zaman ABŞ danışıqlarçı rolunu üzərinə götürməli və Moskva ilə münasibətləri balanslaşdırmaqla şərtləri sabitləşdirmək iradəsini nümayiş etdirməli olacaq”.

Cavid