Tramp Rusiyaya sanksiyalar tətbiq etmək istəmədiyini bildirib Dünya

Tramp Rusiyaya sanksiyalar tətbiq etmək istəmədiyini bildirib

ABŞ prezidenti Donald Tramp Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmək istəmədiyini bildirib.

“Əgər onlar Ukraynadakı münaqişəni dayandırmaq üçün razılığa gəlməsələr, mən böyük tariflər tətbiq edəcəyəm. Əgər bu müharibəni tezliklə, demək olar ki, dərhal həll etməsələr, mən Rusiyaya böyük tariflər və böyük vergilər qoyacağam. həm də böyük sanksiyalar. Amma mən bunu etmək istəmirəm.

Bilirsiniz, mən rus xalqını sevirəm. Onlar gözəl insanlardır. Mən bunu etmək istəmirəm”, o, “Fox News”a müsahibəsində deyib. Eyni zamanda, o, konkret həll variantları təklif etmədən Ukraynadakı münaqişəyə “dərhal” son qoyulması arzusunu bir daha ifadə edib.

Cavid