İlham Əliyev 3 fərman və 1 sərəncam imzaladı
23 Yanvar 19:31
23 Yanvar 19:31
23 Yanvar 17:29
23 Yanvar 11:57
23 Yanvar 09:43
"Trampın enerji təhlükəsizliyi ilə bağlı məsələləri də, diqqət mərkəzində saxlayacağını nəzərə alsaq, təbii ki, Cənubi Qafqaz regionunda Azərbaycanla əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verməklə, regionda sulhə və sabitliyin bəqrərar olmasına da töhfəsini verəcək və regionda Azərbaycanla əməkdaşlıq ABŞ üçün prioritet əhəmiyyət kəsb edəcək".
Bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Manafov Trampın prezidentliyi dönəmində ABŞ-Azərbaycan əməkdaşlığının inkişafına münasibətində deyib.
O, qeyd edib ki, artıq dünyada satış bazarları və nüfuz dairələrinin
genişləndirilməsi uğrunda mübarizədə nəqliyyat qovşaqları və dəhlizləri iqtisadi mənfəətlə yanaşı, geosiyasi məzmun və əhəmiyyət kəsb etməyə başlayıblar. Bu baxımdan Azərbaycan nəqliyyat qovşaqlarının uzərində yerləşdiyindən ona müxtəlif geosiyasi güc mərkəzləri tərəfindən marağın əhəmiyyətli şəkildə artması göz qabağındadır:
"Rusiya və İranın, habelə digər dövlətlərin dəstəklədikəri Şimal və Cənub nəqliyyat dəhlizi, Çinin təşəbbüsü ilə ortalığa qoyulmuş və 150-dən yuxarı dövlətin dəstəklədiyi "Bir kəmər, bir yol "layihəsi, nəhayət qardaş Turkiyənin, habelə Qərbin və ABŞ dəstəklədikləri Zəngəzur dəhlizlərinin rentabelliyi və perspektiv inkışafı rəsmi Bakının məlum layihələrə xoş məramı və münasibəti olmadan qeyri mümkün sayılır. Odur ki, ABŞ Azərbaycanın İrana coğrafi yaxinlığı, habelə Mərkəzi Asiya olkələrinə tranzit imkanlarının genişliyi ilə əlaqədar amıllərdən çıxış edərək rəsmi Bakı ilə əməkdaşlıq münasibətlərinin genişləndirilməsində maraqlı olacaq".
Cavid