Lavrovun müavini: Ukraynanın NATO-ya daxil olması sülhün əldə olunmasını istisna edir Dünya

Lavrovun müavini: Ukraynanın NATO-ya daxil olması sülhün əldə olunmasını istisna edir

Rusiya Ukraynanın NATO-ya üzvlüyünü istisna edən zəmanətlərə nail olmağa çalışacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Onun sözlərinə görə, Ukraynanın NATO-ya daxil olması sülhün əldə olunmasını və hər hansı təhlükəsizlik arxitekturasının yaradılmasını istisna edir. Qruşko onu da bildirib ki, Rusiya Baltik dənizinin NATO-nun “daxili gölünə” çevrilməsinə icazə verməyəcək.