"Ukraynanın NATO-ya daxil olması sülhün əldə olunmasını istisna edir" Dünya

"Ukraynanın NATO-ya daxil olması sülhün əldə olunmasını istisna edir"

Moskva Ukraynanın NATO-ya üzvlüyünü istisna edən konkret təminatlar axtaracaq. Kiyevin alyansa qoşulması sülhə nail olmağı qeyri-mümkün edəcək, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Qruşko vurğulayıb ki, Ukraynanın NATO-ya daxil olması “Ukraynada sülhün əldə olunmasını və daha geniş mənada ən azı bir növ təhlükəsizlik arxitekturasının yaradılmasını istisna edir”.

Onun sözlərinə görə, bu nöqteyi-nəzər “bir çox müttəfiq ölkələr tərəfindən paylaşılır”. "Həqiqət budur ki, NATO-da Ukraynanın alyansa daxil olması perspektivləri ilə bağlı müxtəlif baxışlar var", - Rusiya Federasiyasının xarici işlər nazirinin müavini izah edib.

Cavid