Dünyanın ən hündür körpüsü bu il açılacaq Dünya

Dünyanın ən hündür körpüsü bu il açılacaq

Xalqcəbhəsi.az Türkiyənin “sondakika.com” saytına istinadən bildirir ki, Çinin Quizhou əyalətində yerləşən 620 metr hündürlüyündə Huajiang Grand Canyon körpüsünün bu il istifadəyə verilməsi planlaşdırılır. Golden Gate körpüsündən 9 dəfə, Eyfel qülləsindən isə 2 dəfə yüksək olan körpünün son konstruktiv elementi yanvarın 20-də yerləşdirilib. Cümə günü quraşdırılmış 215 tonluq polad dayaq elementi ilə 1,4 kilometr uzunluğundakı asma körpünün tamamlanma nisbəti 80%-ə çatıb. Beipan çayı üzərində ucalan körpü Çinin ən hündür binası olan 632 metrlik Şanxay Qülləsinə yaxın yüksəkliyə sahibdir.

Körpü təkcə hündürlüyünə görə rekord qırmaqla qalmır, o, həm də regionda nəqliyyatı asanlaşdıracaq. Hazırda kanyonu bir saat dolaşmağa sərf edən yerli sakinlər körpü sayəsində iki dəqiqəyə keçə biləcəklər.
Büdcəsi 227 milyon funt-sterlinq olan layihənin əsas yükdaşıyan hissəsi ümumi çəkisi Eyfel qülləsinin üç qatı olan 93 hissədən ibarətdir.

Tikintinin qalan hissəsinin Çin Yeni ilindən sonra başa çatdırılması nəzərdə tutulub.