

18 Aprel 19:52
Ağ Evin sosial media platformasında verilən açıqlamada ABŞ Gömrük və Sərhəd Mühafizəsinin (ICE) ölkənin müxtəlif bölgələrində 538 sənədsiz miqrantın saxlanıldığı bildirilib.
Açıqlamada 373 nəfər haqqında həbs tələbi verildiyi vurğulanaraq əlavə edilib: “Bu, ABŞ Prezidenti Donald Tramp administrasiyasının ölkəmizin sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün atacağı addımların sadəcə kiçik bir hissəsidir”.
Saxlanılanlardan bəzilərinin adları və törətdikləri cinayətlər “X” sosial şəbəkəsində paylaşılıb.