Rusiyanın Qara dənizdəki çimərlikləri mazut tullantılarına görə istirahət üçün yararsız hala düşüb Dünya

Rusiyanın Qara dənizdəki çimərlikləri mazut tullantılarına görə istirahət üçün yararsız hala düşüb

Rusiyanın Qara dənizdəki kurortları artıq mazut tullantılarına görə istirahət üçün yararlı deyil.

APA-nın Rusiya bürosu "ЕЖ" (keçmiş Brief) teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Rusiya təbii sərvətlər və ekologiya naziri Aleksandr Kozlov bildirib.

Nazir söz verib ki, çimərliklər yalnız 2026-cı ilin kurort mövsümünə qədər bərpa olunmalıdır.

Qeyd edək ki, ötən ilin sonunda Qara dənizdə Rusiyanın neft daşıyan tankeri qəzaya uğrayıb. Nəticədə tonlarla mazut dənizə axıb.