Aİ səfirləri Gürcüstan diplomatları üçün vizasız rejimi dayandırıblar Dünya

Aİ səfirləri Gürcüstan diplomatları üçün vizasız rejimi dayandırıblar

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin daimi nümayəndələri bu gün keçirilən iclasda Gürcüstan diplomatları üçün vizasız rejimin dayandırılması barədə qərar qəbul ediblər.

Bu barədə TASS-a Aİ ölkələrindən birinin nümayəndə heyətindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, bu qərar Aİ ölkələrinin 27 xarici işlər nazirinin yanvarın 27-də keçiriləcək iclasında təsdiqlənə bilər.

Cavid