Mali, Niger və Burkina Faso yeni “Sahel Dövlətlər Alyansı” pasportunu təqdim edəcək Dünya

Mali, Niger və Burkina Faso yeni “Sahel Dövlətlər Alyansı” pasportunu təqdim edəcək

Mali, Niger və Burkina Faso “Sahel Dövlətlər Alyansı” pasportunu təqdim edəcək.

Hazırda Sahel Dövlətləri Alyansı (AES) çərçivəsində birləşən üç ölkə Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) rəsmi olaraq ayrılsa da, öz ümumi pasportlarını dövriyyəyə buraxmaq üçün eyni tarixi seçiblər.

Xalqcebhesi.az xəbər verir ki, Sahel Dövlətləri Alyansı ölkələri ümumi pasportlarını ECOWAS-ı tərk etdikləri gün - yəni, yanvarın 29-da istifadəyə verəcəklər.

Hazırkı pasport nümunəsi onun təqdim edilməsi planlaşdırılan tarixə qədər dəyişməzsə, Sahel Dövlətləri Alyansının üç ölkəsi üçün ümumi pasport yaşıl rəngdə olacaq. Üzərində "Sahel Dövlətləri Konfederasiyası AES" sözləri, onun aşağısında sənədi verən ölkənin adı və gerbi, arxa tərəfində isə üç Sahel ölkəsini əhatə edən xəritə yer alacaq.

Çox rəmzi olsa da, bu təşəbbüs iki regional təşkilat arasında mövcud olan körpüləri tamamilə kəsməyəcək. Mali artıq müəyyən şərtlərin yerinə yetirilməsi şərti ilə ərazisinin ECOWAS vətəndaşları üçün açıq qalacağını bəyan edib.