“Tramp Ukraynada müharibəni dayandıracaq məsələsi real görünmür”
24 Yanvar 20:57
Suriyaya qarşı əvvəllər tətbiq edilmiş sanksiyalar məsələsi mürəkkəbdir, lakin BMT bu məsələyə diqqət yetirəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen "Al Jazeera" telekanalına bildirib.
"Suriyaya qarşı sanksiyalar mürəkkəb məsələdir və vaxt tələb edir. Lakin vəd edirəm ki, BMT bu məsələyə diqqət yetirəcək", - o qeyd edib.
BMT Baş katibinin xüsusi nümayəndəsi ümid edir ki, dostların və BMT-nin məsləhətləri sayəsində Suriyada səhvlərdən qaçmaq mümkün olacaq.
Q.Pedersen Suriyada hakimiyyət dəyişikliyindən sonra Dəməşqə artıq iki dəfə - 2024-cü ilin dekabrında və cari ilin yanvarında səfər edib.