Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib Dünya

Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib

“Çiçəklənən Ermənistan” partiyasının lideri, biznesmen Qaqik Tsarukyanın oğlu Nver Tsarukyan 2024-cü ilin oktyabrında Tsaxkadzor kurortunda kazinoların birində baş vermiş “razborka”dan sonra beynəlxalq axtarışa verilib.

Bu barədə cinayət işinin materiallarını məhkəməyə təhvil verən Baş Prokurorluqdan məlumat verilib.

Oktyabrda Nver Tsarukyan, onun mühafizəçiləri və qurumun işçiləri arasında münaqişə olub, atəş açılıb, daha sonra iş adamının oğlu yoxa çıxıb. Faktla bağlı “xuliqanlıq” və “bir qrup şəxs tərəfindən quldurluq” maddələri ilə iş açılıb. Nver Tsarukyan qiyabi həbs edilib.

Cavid