Slovakiyanın Baş naziri Zelenski ilə görüşmək üçün heç bir səbəb görmür Dünya

Slovakiyanın Baş naziri Zelenski ilə görüşmək üçün heç bir səbəb görmür

Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, Volodimir Zelenski qaz tranzitini bərpa etmək istəmədiyi üçün onunla görüşmək üçün heç bir səbəb yoxdur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

“Mən ondan yenidən qaz məsələsi ilə bağlı görüş istədim, amma deyəsən, Ukraynadan qaz axınını bərpa etmək istəmədiyi üçün bu mövzuya qayıtmaq onun üçün çətindir. Sadəcə istəmir”, - Fitso qeyd edib.