Fransanın məşhur şirkəti bu ölkədən çıxarılır Dünya

Fransanın məşhur şirkəti bu ölkədən çıxarılır

Malinin “Coly Energy” şirkəti 1109 işçini saxlamaqla Qərbi Afrika enerji sektorunda strateji dönüş etdiyini qeyd edərək, Fransanın “Total Energies”nin fəaliyyətini öz üzərinə götürüb.

Xalqcebhesi.az xəbər verir ki, Mali enerji sektoru yeni keçid dövrünə qədəm qoyub.

“Coly Energy” şirkəti “Benin Petro SA” şirkəti ilə əməkdaşlıq edərək, ölkədəki “Total Energies”i şirkətinin bütün əməliyyatlarını rəsmi olaraq öz üzrinə götürdüyünü elan edib.

“Coly Energy” şirkətinin nümayəndə heyəti ilə görüşən Malinin Baş naziri Abdulaye Maiqa bu strateji keçidi alqışlandığını deyib: “Bu milli iqtisadiyyatı inkişaf etdirmək və ölkə daxilində məşğulluğu gücləndirmək üçün yaxşı fürsətdir”.

Bildirilir ki, Benin və Kot d'İvuarda da mövcud olan “Coly Energy” strateji tərəfdaşlıqlara və yerli reallıqlara uyğunlaşdırılmış idarəetməyə diqqət yetirərək, regionda mövcudluğunu gücləndirməyi planlaşdırır.