Avropa ölkələri arasındakı fiber-optik kabel zədələndi Dünya

Avropa ölkələri arasındakı fiber-optik kabel zədələndi

Latviya və İsveç arasında dənizaltı fiber optik kabel xarici təsir nəticəsində zədələnib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Latviya Dövlət Radio və Televiziya Mərkəzi məlumat yayıb.

Bildirilir ki, mərkəzin məlumatların ötürülməsinin monitorinqi sistemi Ventspils - Qotland bölməsində fasilələri qeydə alıb:

"Bu zaman kabelin əhəmiyyətli dərəcədə zədələndiyini və zərərin xarici qüvvələr tərəfindən törədildiyini düşünməyə əsas var. Latviya insidentlə bağlı NATO müttəfiqləri, o cümlədən İsveçlə əlaqə saxlayıb və daim məlumat mübadiləsi aparır".