Hakan Fidan İraq prezidenti və baş naziri ilə görüşdü Dünya

Hakan Fidan İraq prezidenti və baş naziri ilə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdada səfəri çərçivəsində İraq prezidenti Əbdüllətif Rəşidlə görüşüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin X sosial media hesabında məlumat verilib.

Bundan başqa, nazir İraqın baş naziri Məhəmməd Sudani ilə də müzakirələr aparıb.