HƏMAS-dan İsrailə: O şəxs sağdır! Dünya

HƏMAS-dan İsrailə: O şəxs sağdır!

İsrail hakimiyyətinin geri qaytarılmasında israrlı olduğu əsir Arbel Yehud sağdır və vətəninə qayıdacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə HƏMAS-ın bəyanatında deyilir.

“İsrail Arbel Yehudun taleyi barədə heç nə bilmədiyi halda, saziş üzrə öhdəliklərini gecikdirir, baxmayaraq ki, HƏMAS onun sağ olduğunu vasitəçilərə çatdırıb və onun azadlığa buraxılacağına dair bütün lazımi zəmanətləri verib”, - məlumatda bildirilir.

Qeyd edək ki, İsrail rəsmiləri HƏMAS-ın Qəzza ilə bağlı atəşkəs razılaşmasını pozduğunu, Arbel Yehudu azad etmədiyini açıqlamışdı.