İbrahim Kalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Suriyaya səfər edib Dünya

İbrahim Kalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Suriyaya səfər edib

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Suriyaya səfər edib.

Bu haqda Suriya Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Kalın və rəhbərlik etdiyi nümayəndə heyəti Dəməşqdə yeni administrasiyanın rəhbəri Əhməd Şara, xarici işlər naziri Əsad Həsən əş-Şeybani və Suriya kəşfiyyatının rəhbəri Ənes Xattap ilə görüşüb.

Qeyd edək ki, bu səfər Əsəd rejiminin çökməsindən sonra formalaşan yeni administrasiyaya Türkiyədən üçüncü səfərdir.

İbrahim Kalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Suriyaya səfər edibİbrahim Kalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Suriyaya səfər edib