Qətər XİN: HƏMAS israilli girov Arbel Yehudu yanvarın 31-dək azad edəcək Dünya

Qətər XİN: HƏMAS israilli girov Arbel Yehudu yanvarın 31-dək azad edəcək

HƏMAS hərəkatı əvvəlki mübadilədə azad edilməli olan israilli girov Arbel Yehudu və daha iki nəfəri cümə günü, yanvarın 31-dək azad edəcək.

Bu barədə Qətər Baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib.
“Davam edən vasitəçilik səylərinin bir hissəsi olaraq, HƏMAS-ın girov Arbel Yehudu və daha iki girovu cümə gününə (31 yanvar) qədər təhvil verəcəyi barədə razılıq əldə olunub. Razılığa uyğun olaraq, HƏMAS şənbə günü (1 fevral) daha üç girovu da azad edəcək”, - əl-Ənsari “X” hesabında yazıb.