Qazaxıstanda 2022-ci ilin yanvar hadisələrinin iştirakçılarına hökm oxunub Dünya

Qazaxıstanda 2022-ci ilin yanvar hadisələrinin iştirakçılarına hökm oxunub

Qazaxıstanda 2022-ci ilin yanvarında baş verən hadisələrə görə həbs olunanlara hökm oxunub.

APA-nın “Sputnik-Kazakhstan”a istinadən xəbərinə görə, “Vəhşi Arman” ləqəbli kriminal avtoritet Arman Jumageldiyev 20 il, Milli Təhlükəsizlik Komitəsinin keçmiş departament rəhbəri Ruslan İsakov isə 15 il 5 ay cəza alıb.

Ölkə Parlamentinin keçmiş deputatı Kayrat Kudaybergen isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həmin il, yanvarın 2-də sıxılmış qazın qiymətinin artırılması səbəbindən başlayan aksiyalar qısa müddətdə bir neçə iri şəhərə yayılıb.

Nəticədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Askar Mamin hökumətini və Təhlükəsizlik Şurasının sədri, keçmiş dövlət başçısı Nursultan Nazarbayevi istefaya göndərib.