Sankt-Peterburqda kriminal biznesdə 900 miqrant qeydə alınıb Dünya

Sankt-Peterburqda kriminal biznesdə 900 miqrant qeydə alınıb

Sankt-Peterburq polisi əmək miqrantlarının leqallaşdırılması üçün qanunsuz xidmətlər göstərən bir neçə kommersiya təşkilatının fəaliyyətini dayandırdı. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

Polisin məlumatına görə, kriminal biznes 2023-cü ildən fəaliyyət göstərir. Xarici vətəndaşlar və onların rus işəgötürənləri üçün uydurma sənədlərdə miqrantların iş yerləri və müvəqqəti yaşayış yerləri barədə yanlış məlumatlar göstərilib. Bu cür işçilərə vergi və sosial ödənişlər ödənilməyib.

Nəticədə, 2024-cü ildə 900-ə yaxın miqrant qeydiyyat üçün saxta sənədlər alıb. Hər bir müştəri üçün qanunsuz xidmətin dəyəri 35 ilə 40 min rubl arasında dəyişib.

Cavid