Rusiyalı məşhur reper federal axtarışa verilib Dünya

Rusiyalı məşhur reper federal axtarışa verilib

Rusiya İstintaq Komitəsi reper Morqenşterni qiyabi olaraq xarici agentlər haqqında qanunu pozmaqda ittiham edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə RF İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Morqenşternin əmlakına həbs qoyulub və o, federal axtarışa verilib

Qeyd edək ki, Rusiyada tanınmış reper Alişer Morqenştern 2022-ci ilin mayında xarici agent kimi tanınıb.