MİT-dən kibercasus əməliyyatı Dünya

MİT-dən kibercasus əməliyyatı

Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində vəkillər üçün xüsusi olaraq hazırlanmış “Avatar” və ya “Ədalət” kimi tanınan proqram təminatının yüzlərlə hüquqşünas tərəfindən istifadə edildiyi və onun vasitəsilə vətəndaşların şəxsi məlumatlarının qeyri-qanuni olaraq ələ keçirildiyi müəyyən edilib. Proqram təminatının UYAP (Milli Məhkəmə Şəbəkəsi Layihəsi) ilə əlaqəli işlədiyi yönündə yanıldıcı bəyanlarla satıldığı və bununla da geniş bir istifadəçi şəbəkəsinə çatdığına dair aldadıcı ifadələrlə satıldığı üzə çıxıb.

Xalqcəbhəsi.az Türkiyənin “sabah.com.tr” saytına istinadən xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) verdiyi kəşfiyyat məlumatları nəticəsində İstanbul və İzmirdə eyni vaxtda həyata keçirilən əməliyyatda aralarında proqram təminatının meneceri və tərtibatçılarının da olduğu 5 şübhəli saxlanılıb. Şübhəlilərin hamısı məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib.

Əməliyyat çərçivəsində bu proqramdan hansı vəkillərin istifadə etdiyi ilə bağlı ətraflı araşdırmaların davam etdiyi deyilib. Maliyyə Cinayətlərinin İstintaq Şurasının (MASAK) da iştirak etdiyi istintaq çərçivəsində maliyyə əlaqələri də incələnməyə alınıb. Bu yolun məqsədinin qeyri-qanuni fəaliyyətin iqtisadi tərəflərini üzə çıxarmaq və cinayət yolu ilə əldə edilən gəlirləri aşkar edib qarşısını almaq olduğu bildirilib.