Bu ölkənin Fransadan tələbi: Məsuliyyəti üzərinə götür! Dünya

Bu ölkənin Fransadan tələbi: Məsuliyyəti üzərinə götür!

Əlcəzair ərazisində aparılmış nüvə sınaqlarının tullantılarının tam və birdəfəlik aradan qaldırılmasında məsuliyyəti üzərinə götürməsini Fransadan qətiyyətlə tələb edir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Əlcəzairin Millət Şurasının sədri Saleh Qucil tullantıların idarə olunması, nəzarət və aradan qaldırılması barədə yeni qanun layihəsinin parlamentdə müzakirəsi zamanı deyib.

Qucil ölkəsinin bu mövqeyinin qanun layihəsində açıq şəkildə ifadə olunmasının vacibliyini bildirib.

O, həmçinin əlavə edib ki, nüvə partlayışlarının baş verdiyi bölgələrin yaxınlığında yaşayan əlcəzairlilər bu günə qədər onların fəsadlarından əziyyət çəkirlər.

Qeyd edək ki, Fransa 1960-1966-cı illər arasında Əlcəzairin Riqqan və Ahaqqar dağlıq ərazisində 17 nüvə sınağı həyata keçirib.