AB Moldovaya 30 milyon ayırdı - Səbəb Dünya

AB Moldovaya 30 milyon ayırdı - Səbəb

Avropa Birliyi (AB) Moldovaya 30 milyon avro ayırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Vəsaitin qazın alınması və Dnestryanı bölgəyə nəqli üçün ayrıldığı bildirilib.

Qeyd edək ki, cari ilin əvvəlində “Qazprom” şirkəti Moldovanın borc problemini həll etməkdən imtina etməsindən sonra qaz nəqlini dayandırıb.