Pakistanda qız atası tərəfindən TikTok paylaşımına görə öldürülüb Dünya

Pakistanda qız atası tərəfindən TikTok paylaşımına görə öldürülüb

Pakistanın Bəlucistan əyalətindəki Kvetta şəhərində 15 yaşlı qız TikTok paylaşımı səbəbindən atası tərəfindən öldürülüb.

Xalqcəbhəsi.az-ın Türkiyənin “ensonhaber.com” saytına istinadən xəbərinə görə, ABŞ-də doğulduğu bildirilən gənc qızın atası Ənvər ül-Haq qızını güllələdiyini etiraf edib.

Əvvəlcə Kvetta şəhərində küçədə naməlum silahlı şəxslərin hücumuna məruz qaldığını iddia edən Ə.Haq daha sonra polisin sorğusu zamanı qızını öldürdüyünü bildirib.

Polis məmuru Zohaib Mohsin verdiyi açıqlamada ailənin gənc qızın geyim tərzinə, sosial həyatına və TikTok paylaşımlarına qarşı çıxdığını qeyd edib. Səlahiyyətlilər qətlin “namus” zəminində törədilə biləcəyini vurğulayaraq gənc qızın mobil telefonunu incələməyə alıb.