Rusiyadan təklif: bu körfəzin adı dəyişdirilsin Dünya

Rusiyadan təklif: bu körfəzin adı dəyişdirilsin

Fin körfəzinın adı Sankt-Peterburq ola bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu təkliflə Rusiya Hərbi-Tarixi Cəmiyyətinin elmi direktoru Mixail Myaqkov çıxış edib.

“Finlandiya və İsveç tərəfindən rusofobiyanın yüksək səviyyəsi körfəzin adının dəyişdirilməsini zəruri edir. Bu, tarixi ədalət və müasir siyasi şəraitə uyğun olardı. Bu körfəzin ərazisində yerləşən ən böyük şəhər Sankt-Peterburqdur. Mənə elə gəlir ki, bu körfəzin məntiqi adı Sankt-Peterburq olmalıdır", - Myaqkov bildirib.