Qəzzada atəşkəsdən sonra HƏMAS heyəti ilə Ərdoğanın ilk görüşü Dünya

Qəzzada atəşkəsdən sonra HƏMAS heyəti ilə Ərdoğanın ilk görüşü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan atəşkəsdən sonra ilk dəfə HƏMAS-ın Şura sədri Məhəmməd Dərvişi və HƏMAS heyətini Prezident Kompleksində qəbul edib.

Xalqcebhesi.az Türkiyənin “sabah.com.tr” saytına istinadən bildirir ki, qəbulda həmçinin xarici işlər naziri Hakan Fidan, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezidentin kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç və prezidentin özəl katibi Hasan Doğan da iştirak edib.

Görüşdə Qəzzada atəşkəs prosesi və Fələstindəki vəziyyət müzakirə edilib. R.T.Ərdoğan qəbulda HƏMAS-ın 471 günlük mübarizəsinin, müqavimət ruhunun itirilməyəcəyini bir daha göstərdiyini bildirib. Türkiyə Prezidenti Türkiyənin Qəzzadakı gerçəkləri anlatmağa və dəstək verməyə davam edəcəyini, atəşkəsin ikinci və üçüncü mərhələsinin uğurla tamamlanacağına ümid etdiyini söyləyib.