Qəzzanı bərpası 15 il çəkəcək - Uitkoff Dünya

Qəzzanı bərpası 15 il çəkəcək - Uitkoff

Qəzza zolağının bərpasının 10-15 il çəkəcəyini düşünürəm.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

"Belə bir fikir var idi ki, biz Qəzza planını beş il ərzində inamla tamamlaya bilərik. Amma bu, mümkün deyil. Bərpa planı 10-15 il çəkəcək", - Uitkoff “Axios”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qəzzadan praktiki olaraq heç nə qalmayıb və o, həyata yararsızdır.