

18 Aprel 19:52
Qazaxıstanda fəaliyyət göstərən gürcü iş adamı Mixeil Lomtadzenin "Fintech" holdinqi Kaspi.kz Türkiyənin ən məşhur elektron ticarət platformalarından biri olan Hepsiburada-nın satın alınmasını tamamlayıb.
Məlumata görə, Kaspi.kz D-Market Electronic Services & Trading şirkətinin, yəni Hepsiburada-nın A sinifindən 40.000.000 və B sinifindən 173.246.220 səhm alıb. Bu əməliyyat 2024-cü il oktyabrın 17-də imzalanmış müqaviləyə əsaslanır.
Şirkətin verdiyi məlumata görə, müqavilə Kaspi.kz ilə satıcı tərəf – Hepsiburada-nın qurucusu və əsas səhmdarı Hanzade Doğan, eləcə də Vuslat Doğan Sabancı, Bəgüm Doğan Faralyalı, Arzuhan Doğan Yalçındağ və İzil Doğan arasında bağlanıb.
Cavid