Səkiləri zəbt edənlərə qarşı zəruri tədbirlər görüləcək
30 Yanvar 22:53
30 Yanvar 22:53
30 Yanvar 20:17
30 Yanvar 20:16
30 Yanvar 20:15
Türkiyənin Jandarma Baş Komandanlığının Terrorla Mübarizə İdarəsi və Kəşfiyyat İdarəsinin koordinasiyasında Jandarma Xüsusi Hərəkat (JÖH), Jandarma Komando və Təhlükəsizlik Mühafizəçiləri, Jandarma SİHA və ATAK helikopterlərinin dəstəyi ilə 16 vilayətdə əməliyyatlar həyata keçirilib.
Xalqcəbhəsi.az Türkiyənin “sabah.com.tr” saytına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində Patnos, Sason, Genç, Hizan, Mutki, Lice, Şenyayla, Palu, Kemah, Şemdinli, Çukurca, Yayladere, Payas, Nusaybin, Dargeçit, Pervari, Beytüşşebap, Silopi, Uludere, Nazimiye, Pülümür və Bahçesaray bölgələrində terroristlərə aid 12 sığınacaq məhv edilib.
Terrorçular tərəfindən hücum üçün gizlədilən 5 kiloqram partlayıcı maddə, 24 əl qumbarası və 8 əldəqayırma partlayıcı qurğu təhlükəsizlik qüvvələri tərəfindən aşkar edilərək məhv edilib. Terrorçuların təhlükəsizlik qüvvələrinə qarşı hücumlarda istifadə etdiyi 2 ədəd RPG-7 reaktiv yaylım atəşi qurğusu, 86 ədəd reaktiv yaylım atəşi sursatları və 8 min 903 ədəd müxtəlif diametrli və ölçülü döyüş sursatları aşkar edilib.